Xəzər MAFİ koordinatoru Aynur Qəzənfərqızı tələbələri ilə “Manqurt” tamaşasına baxdı
18 may 2025-ci il tarixində Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı tələbələri ilə birlikdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən “Manqurt” tamaşasına baxıb. Tamaşa saat 14:00-da başlayıb və tələbələr üzərində dərin emosional təəssürat yaradıb.Tamaşa boyunca tələbələr hadisələrin dərinliyi, milli-mənəvi dəyərlər və obrazların psixoloji tutumu üzərində fokuslanıblar.Tamaşadan sonra tələbələr və Aynur Qəzənfərqızı arasında canlı və maraqlı fikir mübadiləsi baş tutub. Onlar “manqurtlaşma” anlayışının cəmiyyət və milli kimlik baxımından təhlükələrini müzakirə ediblər.Bu kimi mədəni tədbirlər tələbələrin yalnız nəzəri biliklərini deyil, həm də praktik baxışlarını zənginləşdirərək, onların mədəni irsə və bədii düşüncəyə daha dərindən yanaşmasına imkan yaradır. Aynur Qəzənfərqızının təşəbbüsü ilə təşkil olunan bu səfər həm maarifləndirici, həm də düşündürücü xarakter daşıyıb.
Nigar Ələsgərli (Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası, 1-ci kurs)





