1). Dədə Qorqud yeniyetmə gənclərin qələmindən
Khazar MAFİ və Qusar rayon Cibir kənd orta məktəbin şagirdləri yeni layihə başlatmışdır. Layihəyə əsasən Cibir kənd orta məktəbin şagirdləri Dədə Qorqud dastanında işlədilmiş atalar sözlərinə hekayə yazacaqlar və rəsm çəkəcəklər. Yazılacaq hekayələr Khazar MAFİ-nin təyin etdiyi hakimlər heyəti tərəfindən dəyərləndiriləcək. Qaliblərə hədiyyələr veriləcək, həmçinin ən yaxşı hekayə Khazar MAFİ və Qusar rayon Cibir kənd orta məktəbin təşkilatçılığı ilə keçiriləcək “Qədim bayramlarımız: İlaxır Çərşənbə” adlı ədəbi-bədii tədbirdə səhnələşdiriləcək. Çəkilmiş rəsmlər isə həmin tədbirdə srəgilənəcək.

2). 2025-ci ilin may ayına planlanan Khazar MAFİ-nin təşkilatçılığı ilə qumuq folklor mətnlərinin toplanması və yayımlanması haqqında layihə

Layihədə Khazar MAFİ-nin koordinatoru dos.Aynur Qəzənfərqızı ilə institutun üzvü dos.Ruhaniyyat Musaeva birgə çalışırlar.
Layihənin ilkin mərhələsi kimi 423 səhifəlik folklor materialı toplanmışdır.
Layihənin ikinci mərhələsində folklor materiallarının janrlar üzrə bölüşdürülməsi fəaliyyəti aparılır.
Layihənin üçüncü mərhələsində qumuqca mətnlərin Türkiyə Türkçəsinə tərcüməsi nəzərdə tutulub.
Dördüncü mərhələdə kitabın nəşri, təbliği nəzərdə tutulub.