Qədim türk dövründə yaranan (VIII əsr) Orxon-Yenisey daşüstü abidələri ümumtürk hesab olunaraq, hazırda mövcud olan 30-a yaxın müasir türk dilinin istənilən yarusda (fonetik, leksik, qrammatik) özülünü təşkil edir. Həmin dövrdən başlayaraq (V-X əsrlər) türk toplumu içərisində tarixi-coğrafi, mədəni-siyasi səbəblərdən qaynaqlanan diferensiallaşma prosesinin əsası qoyulur və qırğızlar, bulqarlar, uyğurlar və s. etnoslar formalaşmağa başlayır. Artıq XI əsrdə Kaşğari lüğətində türk dilinin ayrı-ayrı ləhcələri və onları səciyyələndirən fərqli xüsusiyyətləri barədə müqayisəli şəkildə bəhs edir. Bunun nəticəsi kimi olduqca geniş bir coğrafi arealda məskunlaşan, “müstəqil, yarımmüstəqil və müstəqil olmayan”, başqa xalqların qonşuluğunda, tərkibində yaşayaraq baş verən müxtəlif tarixi hadisələr zəminində türk xalqlarının özünəxas ədəbiyyatı, dil xüsusiyyətləri, tarixi yaranır. Ancaq sevindirici haldır ki, günümüzdə hələ də istər ədəbiyyat, istər tarix, istərsə də dildə ortaq mövzular çoxluq təşkil edir. Folklor isə dünya türklərini birləşdirən, ruhunun, düşüncə və həyat tərzinin, adət və ənənələrinin əks olunduğu ən böyük milli sərvətidir.
Türkmanlar barədə “oğuzların hörmətlə əldən-ələ gəzdirdikləri” “Dədə Qorqud kitabı”nda bəhs edilmişdir. Günümüzdə “oğuz” və “türkman” anlayışları daha çox İraq, Suriya, Anadolu və Azərbaycana aid bir etnik toplum kimi anılsa da, qıpçaq kökənli türklərin də arasında türkman olduğu məlumdur. Təəssüf ki, günümüzdə hələ də Türkman termini ilə Türkmən termini arasındakı fərq tam olaraq görülmür. Bu mənada yenidən beynəlxalq səviyyəli bir simpozium keçirilməsinin tərəfdarıyıq. Əsrlərdir bir-birindən ayrı salınmış, pərən-pərən edilmiş Türklərin artıq birləşmək zamanı gəldiyini həyat özü ortaya qoyur. Bu mənada, sevindirici haldır ki, artıq dövlətlər səviyyəsində Türk birliyinin mahiyyəti vurğulanır. Türk Dövlətləri Təşkilatının toplantıları, keçirdikləri tədbirlər bu birliyin həm də iqtisadi və siyasi cəhətdən də sürətlənməsinə səbəb olur. Bu baxımdan Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ) olaraq biz də Türklərin ortaq mədəniyyətini vurğulayacaq tədbirlər silsiləsi təşkil edirik. Növbəti tədbirimiz “Ortaq Türk Kültürü Beynəlxalq Simpozium: Oğuz-Türkmanların dünəni, bu günü, gələcəyi” adlanır.
Önəmli tarixlər:
- Tədbirin keçiriləcəyi tarix: 26-27 may, 2025-ci il
- Məkan: Xəzər Universiteti
- Özətlərin son göndərilmə tarixi: 15 aprel 2025-ci il
- Qəbul edilmiş özətlərin elan edilməsi: 25 aprel, 2025
- Məruzələrin son tarixi: 10 may, 2025
Elmi heyət:
Prof.Hamlet İsaxanlı. Xəzər Universiteti, Direktorlar və Qəyyumlar Şurasının sədri, Azərbaycan
Prof.Ali Yakıcı. Xəzər MAFİ-nin başqanı, Türkiyə
Akad.Nizami Cəfərov. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Azərbaycan.
Prof.Qəzənfər Paşayev. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Azərbaycan
Prof.Füzuli Bayat. AMEA Folklor Institutu, Azərbaycan
Prof.Üçler Bulduk.Ankara Ünversitesi, Türkiyə
Prof.Almaz Həsənqızı. AMEA Folklor İnstitutu, Azərbaycan
Prof.Turgut Tok. Pamukkale Ünversitesi, Türkiyə
Prof.Nadir Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru
Prof.Bayram Durbilmez. Nevşehir Hacı Bektaş Universiteti, Türkiyə
Prof.İsaxan İsaxanlı. Xəzər Universiteti İdarəetmə və Tələbə işləri üzrə prorektor, Azərbaycan
Prof.Əfzələddin Əsgər. AMEA Folklor İnstitutu, Azərbaycan
Prof.Mehmet Ömer Kazancı. Bağdad Universiteti. İraq.
Prof.Siham Zengi. Bağdad Universiteti, İraq.
Prof. Berdi Sarıyev – Ankara Unversiteti, Dil və Tarix-Coğrafiya fakültəsi, Çağdaş Türk Ləhcələri və Ədəbiyyatı bölməsi
Dos.Kakajan Janıbekov. Türkmənistan Milli Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu, Türkmənistan.
Dos.Dilbər Zeynalova. Xəzər Universiteti Dillər və Ədəbiyyatlar Departamentinin müdiri, Azərbaycan
Dos.Elmira Məmmədova-Kekeç. Bakı Avrasiya Universiteti; Xəzər Universiteti
Dos.Səkinə Qaybalıyeva. AMEA Folklor İnstitutu, Azərbaycan
Dos.Ləman Süleymanova. AMEA Folklor İnstitutu, Azərbaycan
Dos.Qüdsiyyə Qəmbərova. AMEA, Dilçilik İnstitutu, “Dialektologiya” şöbəsi, Azərbaycan
Dr.Sevinc Qəmbərli. Xəzər Universiteti Dillər və Ədəbiyyatlar Departamentinin koordinatoru, Azərbaycan
Dr.Dilbər Camali. AMEA, Dilçilik İnstitutu, “Türk dilləri” şöbəsi, Azərbaycan
Əli Şamil. AMEA Folklor İnstitutu, Azərbaycan
Orxan İsayev. AMEA Nizami adına Ədəbiyyat İnstitutu,Azərbaycan
Təşkilat Komitəsi:
Dos.Aynur Qəzənfərqızı – komitənin sədri, Xəzər MAFİ-nin koordinatoru.
Şemsettin Kuzeci. – Kərkük Kültür Dərnəyinin başqanı.
Nigar Ələsgərli – komitənin koordinatoru, Xəzər MAFİ-nin könüllüsü.
İnci Məmmədova – komitənin koordinatoru, Xəzər MAFİ-nin könüllüsü.
Əlövsət Əmirbəyli – Xəzər Universiteti, İctimai Əlaqə və media üzrə direktor.
Zülfiyyə Sadıqova – Xəzər Universiteti, Musiqi və İncəsənət Departamentinin müdiri.
Natella Barkaya – Xəzər Universiteti, Multimedia Mərkəzinin direktoru.
Əfsanə Qasımova – Xəzər Universiteti, Ümumi şöbəsinin koordinatoru.
İlkin Əlizadə – Xəzər Universiteti, İnformasiya Texnologiyaları şöbəsinin menecer köməkçisi.
Simpozium mövzular:
- Qədim və müasir türkman ədəbiyyatı
- Türkman ədəbiyyatında müasir ədəbi proseslər
- Müasir türkman dili və türkman dilinin tarixi inkişafı
- Türkman dilinin digər türk dilləri və dialektləri ilə müqayisəsi
- Türkmanların xalçaçılıq və musiqi mədəniyyəti
- Türkman folkloru türk dünyası folklorunun tərkib hissəsi kimi
- Türkmanları tədqiq edən araşdırmaçılar və əsərləri
- Türkman musiqisində ortaq Türk əzgiləri
MƏQALƏLƏRİN SON GÖNDƏRİLMƏ TARİXİ:
15 aprel: özətlərin son göndərilmə tarixi
25 aprel : Qəbul edilmiş özətlərin elanı
10 may: Məruzələrin son göndərilmə tarixi.
ÖZƏTLƏRİN YAZI QAYDASI:
* Məqalə başlığı yazılır və müəllif göstəricisindən altda Azərbaycan türkçəsində 300-350 söz aralığında özət verilməlidir. Özət sözü mətnin sol tərəfində qara şriftlə verilməli və iki nöqtə qoyulmalıdır. Özətin sonunda 3-8 sözdən ibarət açar sözlər verilməlidir (İngiliscə və rusca özətlər məqalənin sonunda, qaynaqlardan sonra verilməlidir).
*Məqalənin mətni özətdən sonra giriş, əsas mətn (ara başlıqlara bölünə bilər), nəticə və qaynaqların göstərilməsi formasında hazılanmalıdır.
*Məqalələr kumafi@khazar.org email adresinə göndərilir.
MƏQALƏLƏRİN YAZILMA QAYDALARI:
Məqalənin yazılma qaydası APA 2 stilinə uyğun hazırlanıb. Örnəkləri aşağıdakı kimidir:
Məqalələr MS Word 2007 yaxud daha üstün modelində yazılmalıdır.
- Məqalənin adı mətni əhatə etməli və ən çox 8 sözdən ibarət olmalıdır. Başlıq 14 şrift ilə, 1,5 intervalla, Bold, CapsLock ilə ortadan yazılmalıdır. Məsələn, “YARATILIŞ DESTANINDAN DEDE KORKUT’A MITOLOJI BAĞLAMLI TÜRK EDEBIYATI METINLERINDE KADIN”
- – Müəllifin (müəlliflərin) adı başlığın altında ilk hərfləri böyük, soyadı bütün hərflər böyük (tam açıq şəkildə), 14 şriftlə; yeni sətirdə; Məsələn, Bayram DURBİLMEZ
- – Müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi müəssisənin adı, elektron ünvanı, ORCİD nömrəsi 12 şriftlə, yeni sətirdə kursivdə yazılmalıdır.
Özət
Özət sözü, 12 şrift ilə, 1,15 intervalla, Bold, sol tərəfdən yazılmalıdır. Özətdə tədqiqat işinin qısa icmalı, işin aktuallığı, məqsədi, elmi yeniliyi, praktiki əhəmiyyəti, üstünlükləri və həmçinin nəticəsi əks olunmalıdır. Xülasənin həcmi 300-350 söz aralığında olmalıdır. Qısaltmalardan, istinad və haşiyələrdən istifadə edilməməlidir.
Açar sözlər: Özətdə açar sözlərin sayı 3-8 aralığında olmalıdır.
- Məqalələr türk dillərində yaxud ingilis dilində elektron formada təqdim olunmalıdır;
- Türk dillərində yazılmış məqalələrə ingiliscə özət tələb ediləcək. İngiliscə yazılan məqalələr üçün isə Azərbaycan dilində özət tələb ediləcək.
- Microsoft Word (A4) formatında, Times New Roman şrifti ilə hərflərin ölçüsü – 12; sətirlərarası interval – 1,15; səhifənin kənar məsafələri: 2,5 sm.
- Məqalələrin həcmi 7000 sözdən çox olmamalıdır.
MƏTNİN İÇİNDƏ İSTİNADLARIN VERİLMƏSİ QAYDALARI:
– Bir müəllifi olan əsərlər: Müəllifin soyadı, nəşr ili, səhifə nömrəsi. Məsələn, (Durbilmez, 2017: 57-86)
– İki müəllifli əsərlər: Hər iki müəllifin soyadı, nəşr ili, səhifə nömrəsi. Məsələn, (İsaxanlı və Qəzənfərqızı, 2020: 45)
– Üç və daha artıq müəllifi olan əsərlər: Birinci müəllifin soyadı, “və b.” ifadəsi, nəşr ili, səhifə nömrəsi. Məsələn, (Əliyev və b., 2015: 72)
– İnternet resursları: Mətn daxilində internet resursları nömrələnərək göstərilməlidir. Məsələn, (URL-1). Ədəbiyyat siyahısında URL resursuna istinad verilməlidir.
ƏDƏBİYYAT SİYAHISININ VERİLMƏSİ QAYDALARI:
– Kitab
DUYMAZ, Ali. (2018). Kolca Kopuzdan Kılca Kaleme.. İtanbul: Ötüken.
– Məqalə
MEMMEDOVA-KEKEÇ, Elmira. (2017). Ahmed Yesevi’nin Yaşnamesinde “Bilge Kişi” Arketipi. Millî Folklor, 29, sayı 116, s. 101-111
Tərcümə
WALTER, J.Ong. (2018). Sözlü ve Yazılı Kültür-Sözün Teknolojileşmesi. (çev. Sema Postacıoğlu Banon). İstanbul: Metis Yayınları
– Ensiklopediya materialı
AKÜN, Ö. Faruk. (1989). “Âlî Mustafa Efendi”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi Ankara: TDV Yayınları, 2/416.
– Simpozium materialı
CƏFƏRLİ, Yeqzar. (2018). “Da Vinçi şifrəsi” romanında postmodern struktur və simvolizm”. Gənc tədqiqatçıların beynəlxalq elmi simpoziumı. Bakı: Mühəndislik Universiteti. 27-28 aprel. s. 1319-1321.
– İnternet resursu
URL-1. Qəzənfərqızı Aynur. (2021). “Od türklərdə müqəddəs sayılıb” https://moderator.az/az/cemiyyet/367382/aynur-qezenferqizi-od-turklerde-muqeddes-sayilib-amma-hec-vaxt-oda-sitayis-edilmeyib/ [Ərişim tarixi: 19.01.2024].
Qeyd 1:
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilməlidir.
- Məqalələr tam mətn olaraq kumafi@khazar.org elektron ünvanına müəllifin ad və soyadı başlığı ilə göndərilməlidir.
- Müəllif məqaləsini şəxsən özü göndərməlidir.
- Texniki tələbləri ödəməyən məqalələr Redaksiya heyəti tərəfindən qəbul edilməyəcək.
Qeyd 2:
Tədbirin iki gün davam etməsi nəzərdə tutulur.
Birinci gün Türkman ədəbiyyatı və dili haqqında elmi-ədəbi təbliğat nəzərdə tutulur. Khazar MAFİ-nin üzvü Əli Şamilin türkmanlar haqqında yazdığı kitabın təqdimat mərasimi və kitab sərgisi.
İkinci gün türkman folkloru, incəsənəti haqqında alimlərin məruzələrinin dinlənilməsi nəzərdə tutulur. Daha sonra folklor rəqs, musiqi qrupları öz səhnələrini təqdim edir. Kitab təqdimatları və kitab sərgisinin təşkili də üçüncü gün lacaqdır.
Simpoziumun üçüncü günü qonaqların otellərindən hava limanına göndərilməsi nəzərdə tutulur.
Əlaqə nömrələri:
0553000833
0504064633