MAFI (Institute of Cultural Anthropology and Folklore) was established under the Khazar University on. The Institute is subject to Hamlet Isakhanli who is the chair of Directors and Trustees. The head if the Institute is
19 fevral 2024-cü il tarixindən Xəzər Universitetində “Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ)”nun təsis edilməsi haqda əmr imzalandı. Qeyd edim ki, bu İnstitut Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri prof.Hamlet İsaxanlıya tabe, sərbəst bir struktur bölməsi kimi fəaliyyət göstərir. Mərkəzin direktoru professor Ali Duymaz, koordinatoru dos. Aynur Qəzənfərqızı təyin edilib.
Türk Dövlətləri Təşkilatının yaranması araşdırcıların və aydınların qarşınında yeni prespektivlər açıb. “Türk Dövlətləri Təşkilatından” “Türk Dövlətləri Birliyinə” gedən yolda siyasətçilərə, ictimai xadimlərə dəyərli məsləhətlər vermək, onlara ciddi əsaslandırılmış, elmi yardım etmək üçün Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının 2024-cü il 19 fevral əmrilə “Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ)” yaradılmışdır. Qarşısına Türklərin tarixini, mədəni əlaqələrini dərindən öyrənmək, ədəbiyyat, dil, tarix, incəsənət və folklor sahələrində elmi tədqiqatlar aparmaq, Türk dünyasının alimlərini bir araya gətirərək, ortaq fəaliyyət göstərmələrinə yardımçı olmaq, universitetin araşdırıcılarının məqalələrinin yüksək indeksli dərgilərdə yayımlanmasına önayaq olmaq üçün tədbirlər planı hazırlamaq və onu həyata keçirmək kimi vəzifələr qoymuşdur.
“Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ)” yeni olsa da uğurları sevindiricidir. Qısa müddətdə Türk xalqlarının alimləri ilə ortaq fəaliyyətə başlanmışdır.