Khazar MAFİ-nin koordinatoru papaq və kəlağayı sərgisində iştirak edib
Yanvarın 16-da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə, Xətai Rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində papaq və kəlağayılarımızın sərgisi təşkil olundu. Khazar MAFİ-nin koordinatoru dos.Aynur Qəzənfərqızı tədbirdə çıxış edərək papaq və kalağayının qədim türklər üçün əhəmiyyətindən danışdı. Daha sonra baş örtüsünün niyə Türklər arasında qutsal sayılması haqqında bilgi verdi. Tədbirdə Gürcüstan aşıqları da iştirak etdilər. Tədbir boyunca sərgi panelində kalağı və papaq ustaları öz hünərlərini göstərdi.
Xəzər MAFİ-nin (Mədəni Antropologiya və Folklor İnstitutu) koordinatoru dosent Aynur Qəzənfərqızı Kıbrıs Azərbaycan Diaspora Mərkəzinin qurucu sədri, şair Raul Məsum…
Khazar MAFİ-nin TƏLƏBƏLƏRƏ ELMİ MƏQALƏLƏRİN YAZILMA QAYDALARININ AŞILANMASI layihəsi çərçivəsində təlimlər başladı. Bu münasibətlə noyabrın 20-də kursa qoşulmuş tələbələr ilə…
Xəzər MAFİnin (Mədəni Antropologiya və Folklor İnstitutu)təşkilatçılığı ilə seminar keçiriləcək.Ankara Universitetindən gələn qonağımız, Dr.Oğuzhan Çakır “Selçuklu tarixinin önəmli aktörləri: Yabqulu…
2025-ci il 19 may tarixində Xəzər Universitetinin Psixologiya Departamenti və Psixologiya Klubu tərəfindən “Folklorun insan psixikasına təsiri və biblioterapiyanın rolu”…
2025-ci il fevralın 14-də Xəzər Universitetinin Mərmər salonunda universitetin Mədəni Antropologiya və Folklor İnstitutunun və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai…