“Xəzər MAFİ”-də Elmi Ezamiyə
Qazaxıstanın “Dövlət Dilinin İnkişafı İnstitu”nun alimləri Xəzər Universitetinin “Mədəni Antropologiya və Folklor İnstitu”nda ezamiyəyə gəldilər. 23-26 noyabr 2025 ci ildə baş tutan bu ezamiyədə Qazaxıstanın aparıcı, dilçi alimləri iştirak ediblər. Elmi ezamiyə türk dünyası üçün son dərəcə önəmli olan böyük bir layihənin ilkin etimoloji lüğətin hazırlanması prosesində mühüm mərhələdir. Layihə yalnız bir ölkənin deyil, bütün türk dünyasının ümumi elmi sərvəti kimi qiymətləndirilir.
Ezamiyədə Qazaxıstanın aparıcı dilçi alimləri iştirak ediblər. Filologiya üzrə fəlsəfə doktoru, Dövlət Dilinin İnkişafı İnstitutunun direktoru Kapalbek Bizomart Seysenbekuly qazax dili üzrə məktəb proqramları və dərslik müəllifi kimi zəngin təcrübəsini bölüşüb. Filologiya üzrə fəlsəfə doktoru, assosiativ professor və sosiolinqvist Abasilov Aman Madelkhanuly sosial dilçilik tədqiqatları ilə layihənin elmi dəyərini daha da artırıb. Filologiya üzrə fəlsəfə doktoru, onomastika mütəxəssisi Biyarov Berdibek Nuraldauly isə adlar və toponimlərin etimologiyası üzrə bilikləri ilə lüğətin məzmununa elmi dərinlik qatıb.
Ezamiyənin təşkili və əlaqələndirilməsi “Xəzər MAFİ”nin koordinatoru Aynur Qəzənfərqızı tərəfindən həyata keçirilib. Görüşdə etimoloji lüğətin hazırlanmasına dair metodoloji çərçivə, elmi əməkdaşlıq perspektivləri və türkoloji inteqrasiyanın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu ezamiyə türk dünyasının elm məkanında birləşdirici addım kimi dəyərləndirilir və ümumtürk mədəni-mənəvi birliyinin möhkəmlənməsinə böyük töhfə verir.
Aydan Əliyeva
Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.