Khazar MAFİ-nin koordinatoru Dünya Məktəbində 21 fevral Beynəlxalq Ana dili Gününə həsr edilmiş “Ana Dilim və Türk Dövlətləri” adlı tədbirdə iştirak edib

2025-ci il fevralın 21-də Dünya Məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə “Ana dilim və Türk Dövlətləri” adlı tədbir keçirildi. Khazar MAFİ-nin koordinatoru Dos.Aynur Qəzənfərqızı tədbirə qonaq qismində dəvət edilib. Tədbir ibtidai sinif şagirdlərinin hazırladığı müxtəlif səhnəviklərdən ibarət idi. Şagirdlər müxtəlif türk dövlətlərinin rəqslərini ifa edərkən onların milli paltarlarını da geyinmişdilər. Qeyd edək ki, şagirlərin əl işlərindən ibarət Türk dövlətləri kültürü adlı sərgi də diqqəti cəlb etmişdir.
Tədbirə həmçinin Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri prof.Hamlet İsaxanlı, Millət Vəkili Ceyhun Məmmədov, Humanistar, Təhsil və Sosial elmlər fakültəsi üzrə dekan müavini Pərvin Kərimova, Dillər və Ədəbiyyatlar Departmentinin müəllimi fil.ü.f.d. Sevinc Qəmbərli də dəvət edilmişdilər.

Ələsgərli Nigar
Xəzər universiteti,Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası,1-ci kurs

Similar Posts