Khazar MAFİ-nin koordinatoru 10-cu Türk Dili Qurultayında iştirak edib
2024-cü il sentyabrın 26-27-də Türkiyənin Ankara şəhərində Türk Dil Qurumunun təşkilatçılığı ilə 10-cu Beynəlxalq Türk Dil Kurultayı keçirildi. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti, həmçinin Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı da həmin toplantıda “Ruscadan qumuqcaya keçmiş kalkalar” başlıqlı məruzə ilə çıxış etmiş və sertifikat almışdır.
Qurultayda 26 ölkədən 200-ə yaxın alim iştirak edib. Qurultayda Türk dilinin dünya dili olması, ortaq türkcə, ortaq türk əlifbası, digər dillərdə türkcə sözlərin işlənilməsi və s. mövzularda bir çox məruzələr dinlənilib. Qeyd edək ki, Türk Dil Qurultayı Atatürkün qərarı ilə 1932-ci ildən, yəni Türk Dil Qurumunun yarandığı ildən etibarən hər dörd ildən bir keçirilir.