Khazar MAFİ-nin koordinatoru AzTvdə çərşənbə haqqında çıxış edəcək
Khazar Mədəni Antropologiya ve Folklor institutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı AzTV-nin “Sən gözəlsən” verilişinin qonağı olacaq. Verilişdə Novruz bayramının əsas simvollarından biri olan çərşənbələr müzakirə ediləcək. Aynur Qəzənfərqızı çərşənbələrin mənası və ənənələri haqqında geniş məlumat verəcək. O, həmçinin bu günümüzdə çərşənbələrin necə qeyd edildiyindən danışacaq. Söhbət zamanı xalqımızın Novruzla bağlı unudulmaqda olan adət-ənənələri də xatırlanacaq. Veriliş izləyicilərə Novruz bayramının dəyərlərini daha dərindən anlamağa kömək edəcək. “Sən gözəlsən” proqramında çərşənbə axşamı saat 15:00 AzTV efirində yayımlanacaq.
Khazar MAFİ’ nin könüllüsü-Məmmədova İnci
Filologiya( ingilis dili və ədəbiyyati) fakultəsinin tələbəsi
Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutu Qumuq folklor mətnlərinin kitab şəklində yayımlayacaq. Bununla bağlı, Dağıstanda yaşayan, qumuq alimi dos.Ruhaniyyat…
Xəzər universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun könüllüsü, Universitetin tələbəsi İnci Məmmədovanın məqaləsi bizimyol qəzetində yayımlanmışdır. Məqalə 13 dekabr 2024cü…
2024-cü il dekabrın 13-də Xəzər Universitetinin Neftçilər kampusunda Türk dünyasının mədəniyyət, dil və əlifba məsələlərinə həsr olunmuş “Ortaq Türk keçmişindən…
2024-cü il dekabrın 4-də Xəzər Universitetinin Nərimanov kampusunda Türk dünyasının keçmişindən gələcəyinə uzanan yolda əhəmiyyətli bir beynəlxalq elmi seminar keçirildi….
Xəzər universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru dos.Aynur Qəzənfərqızı İçtimai radioda “Can Azərbaycan!” verilişində çıxış edəcəklər. Verilişin mövzusu Ortaq…