Xəzər Universitetində “Çillə gecəsi” adlı mədəni tədbir keçirildi

19 dekabr 2025-ci il tarixində Xəzər Universitetində unudulmuş qədim bayramlarımızdan olan Çillə gecəsinə həsr edilmiş mədəni tədbir uğurla keçirildi. Tədbir “Xəzər MAFİ”-nin koordinatoru Aynur Qəzənfərqızının başçılığı ilə Xəzər Universitetinin Mərmər Salonunda təşkil olundu və geniş auditoriya tərəfindən maraqla qarşılandı.

Tədbirimizdə Amerikanın Georgia Ştatının Berry universitetinin tarixçi-antropoloq alimi Dr.Kelsey Rice, Mirvarid Dilbazi İctimai Birliyinin rəhbəri, Kalağayı Muzeyinin direktoru, şair Güllü Eldar Tomarlı da öz ürək sözlərini dedilər.

Bayram əhval-ruhiyyəsində keçən tədbirdə Milli Qızlar Ansamblı Çillə gecəsi ilə bağlı hazırladıqları səhnə canlandırmasını təqdim etdi. Qədim xalq inanclarını, qış çilləsinin gəlişini, bolluq və bərəkət rəmzlərini əks etdirən bu çıxış tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı.

Tədbirin bədii hissəsində Xor Ansamblının bir-birindən gözəl ifaları tədbirə xüsusi ahəng qatdı. Milli musiqi nümunələrinin səsləndirilməsi zalda səmimi və isti bir mühit yaratdı, iştirakçılara xoş və yaddaqalan anlar yaşatdı.

Keçirilən tədbir milli-mənəvi dəyərlərimizin təbliği, unudulmaqda olan qədim bayram ənənələrimizin yaşadılması və gənc nəsilə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdı.

Aydan Əliyeva

Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası üzrə 2-ci kurs tələbəsi.

Similar Posts