Aynur Qəzənfərqızı Mədəniyyət kanalında çərşənbələr haqqında çıxış edib

Xəzər universiteti Mədəni Antropologiya və Folklor İnsitutunun koordinatoru dos.Aynur Qəzənfərqızı 2025-ci il mart ayının 4-də Mədəniyyət Tv-də yayımlanan “Sən gözəlsən” verlişində çıxış edib.Verlişin mövzusu “Novruz bayramı: Od çərşənbəsi” olub.Aynur xanım Novruz bayramının dini xarakter daşımadığını və qədim inancların atəşpərəstliklə əlaqəsi olmadığını bildirib. Aynur Qəzənfərqızı Novruzun folklor köklərindən danışaraq Od çərşənbəsinin təbiət və insan həyatında simvolik mənasını izah edib.O vurğulayıb ki, Novruz bayramı  xalqımızın mədəniyyət və ənənələrinin ayrılmaz hissəsidir və Novruz bayramının əsas dəyərləri nəsildən-nəsilə ötürülməlidir.
Verlişin tam formasına aşağıdakı linkdən baxa bilərsiniz:  https://youtu.be/bANKCZhshlg?si=qlkg1qqJo2GVYgHC

Ələsgərli Nigar

Xəzər universiteti,Khazar MAFİ könüllüsü,1-ci kurs

Similar Posts