Khazar MAFİ-nin koordinatoru papaq və kəlağayı sərgisində iştirak edib
Yanvarın 16-da Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə, Xətai Rayon İcra Hakimiyyətinin mənəvi dəstəyi ilə “Papaq qeyrətimizdir, kəlağayı ismətimiz” adlı layihə çərçivəsində Xətai Sənət Mərkəzində papaq və kəlağayılarımızın sərgisi təşkil olundu. Khazar MAFİ-nin koordinatoru dos.Aynur Qəzənfərqızı tədbirdə çıxış edərək papaq və kalağayının qədim türklər üçün əhəmiyyətindən danışdı. Daha sonra baş örtüsünün niyə Türklər arasında qutsal sayılması haqqında bilgi verdi. Tədbirdə Gürcüstan aşıqları da iştirak etdilər. Tədbir boyunca sərgi panelində kalağı və papaq ustaları öz hünərlərini göstərdi.