Khazar MAFİ yeni beynəlxalq elmi jurnal çıxarmağa hazırlaşır
Khazar MAFİ 2025-ci ilin Aprel ayında “MAFİ (The Journal of Cultural Anthropology and Folklore)” adlı yeni elmi dərgi çıxarmağı planlayır. Dərgidə Türk Dünyasının folklor, mədəni antropologiya, ədəbiyyat, dil, türkologiya sahələri üzrə araşdırmalarına yer veriləcək. Həmçinin Türk xalqlarının folklorik gələnəklərinin etnoqrafik təsvirləri, yeni yayınlanmış kitabların tənqidi və tanıtımı, elmi mübahisələr, ensiklopedik bızi başlıqlar altında yazılar verilməsi nəzərdə tutulub. Jurnalın ildə iki sayının çıxması nəzərdə tutulur. Qeyd edək ki, jurnalın ilk sayı üçün elan artıq alimlərə göndərilib.