Khazar MAFİnin təşkilatçılığı ilə “Hindistan tarixindəki Türk dövlətləri” adlı elmi seminar keçirildi
18 dekabr 2024-cü ildə Xəzər Unviersiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılğı ilə “Hindistan tarixindəki Türk dövlətləri” adlı elmi seminar keçirildi. Tədbiri Aynur Qəzənfərqızı açdı. Daha sonra sözü Nurlan Nəsirov alaraq həm Hindistan-Azərbaycan tarixi əlaqələrindən danışdı, həm də Noushad Mancheriyi tələbələrə tanıtdı. Tədbirdə Hindistanın Jamia Milli İslam Universitetinin alimi Dos.Noushad Mancheri Hindistan tarixindəki Türk dövlətləri haqqında danışarkən öncəliklə Tac Mahal haqqında başladı sözə. Baburlar sülaləsinin Hindistandakı fəaliyyətindən, həmin dövrdə dövlət dilinin Türkçə olmasından, Hindistanın daxili siyasətindən danışdı. Hindistanın uğradığı assimilə siyasətindən də danışdı. İngilislərin 200 illik idarəçilik dönəmində Hindistanda Baburların qurduğu hər şeyi alt-üst etdiklərindən danışdılar. Baburların, yəni Türklərin quruculuğu və İngilislərin dağıdıcılığı haqqında geniş bilgi verdi. Daha sonra AMEA Tarix İnstitutunun əməkdaşı dos.Nigar Gözəlova, çıxış edərək Hindistandakı tarixi Türk dövlətləri haqqında əlavə bilgilər verdi. Qeyd edək ki, tədbirdə həmçinin Xəzər Universiteti Tarix və Arxeologiya Departmentinin əməkdaşları Ramin Fətullayev, və Ceyran xanım da iştirak etdilər. Tədbirin sonunda tələbələr maraqlı suallar verdilər. Sonda xatirə şəkilləri çəkildi.