Krım tatarı Zera Bekirova Khazar MAFİ-ni ziyarət edib
![]()
![]()
06.06.2024 tarixində Krımın tanınmış jurnalisti, tədqiqatçı, “Nenka” dərgisinin qurucusu və redaktoru Zera Bekirova Khazar MAFİ-ni ziyarət etdi. Zera xanım, Azərbaycan ilə sıx əlaqələri olan bir jurnalistdir və Azərbaycanda yaşamış Krım türkləri haqqında bir çox tədqiqatları var. Bu da onun Azərbaycana sevgi və sayğısının təqdirəlayiq göstəricisidir.
Bu dəfəki səfərinin məqsədi repressiya zamanı Krımdan Azərbaycana gəlmiş mirzalar (bəylər) haqqında məlumat toplamaqdır.
Söhbət zamanı institutun koordinatoru dos. Aynur Qəzənfərqızı və Zera Bekirova Krım türklərinin folkloru, mədəniyyəti və hər iki xalqın folkloru arasında oxşar və fərqli cəhətlər haqqında geniş diskussiya apararaq Krım folklorunun Azərbaycanda geniş kütlələrə tanıdılmasının vacibliyini vurğuladılar.
Bu söhbətlərin aparılması, tariximiz və folklorumuzun araşdırılması ölkələrarası münasibətlər üçün çox önəmlidir. Həmçinin gizli qalmış, daha aşkara çıxarılmamış folklor faktlarının ortaya qoyulması folklor variantlarımızın zənginləşməsi üçün atılan başlıca addımlardandı.