Xəzər MAFİ-nin rəhbərliyində “Türk Dünyası Folklorunda ortaq süjetlər və motivlər” Layihəsi başladılacaq

Xəzər MAFİ (Mədəni Antropologiya və Folklor İnstitutu) ) Türk Birlikləri Təşkilatı Federasyonunun (TÜRK-BİRFED) sponsorluğu ilə həyata keçiriləcək “Türk Dünyası Folklorunda ortaq süjetlər və motivlər” adlı beynəlxalq layihənin başçısı oldu.

Layihənin əsas məqsədi müxtəlif Türk xalqlarının folklorunda qorunub saxlanılan ortaq süjet və motivlərin sistemli şəkildə tədqiq olunması və elmi əsaslarla nəşrə hazırlanmasıdır. Bu çərçivədə türksoylu xalqların alimləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və birgə elmi tədqiqatların aparılması planlaşdırılır.

İki il müddətində davam edəcək layihə çərçivəsində tədqiqat işlərinin həm Xəzər Universitetində, həm də müxtəlif Türk ölkələrinin ali təhsil müəssisələrində aparılması nəzərdə tutulur. Layihənin icrasına Xəzər MAFİ rəhbərlik edəcək və prosesin bütün mərhələlərində həm akademik əməkdaşlıq, həm də mədəni əlaqələrin dərinləşdirilməsi əsas istiqamətlərdən olacaq.

Bu mühüm təşəbbüs, Türk dünyasının ortaq mədəni mirasının qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Nigar Ələsgərli

(Xəzər universiteti,Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası,1-ci kurs)

Similar Posts