Xəzər Universitetinin müəllimi, Xəzər MAFİ-nin koordinatoru Aynur Qəzənfərqızı dosent attestatı alıb
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, Mədəni antropologiya və Folklor İnstitutunun (Xəzər MAFİ) koordinatoru Aynur Qəzənfərqızı elmi-pedaqoji fəaliyyətindəki uğurlarına görə Azərbaycan Respublikasının AAK (Ali Attestasiya Komissiyası) tərəfindən dosent elmi adı ilə təltif edilib.
Qeyd edək ki, Aynur Qəzənfərqızının elmi-pedaqoji fəaliyyətinə verilən bu qiymət onun həm akademik nailiyyətlərinin, həm də cəmiyyətə verdiyi töhfələrin rəsmi tanınmasıdır.
Yeni elmi titul münasibətilə Aynur Qəzənfərqızını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Nigar Ələsgərli
(Xəzər universiteti,Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası,1-ci kurs)





