Xəzər MAFİ-nin Koordinatoru Türk Birlikləri Təşkilatı Federasiyasının İdarə Heyətinə üzv seçildi

Xəzər MAFİnin koordinatoru, dosent doktor Aynur Qəzənfərqızı, beynəlxalq səviyyədə fəaliyyət göstərən Türk Birlikləri Təşkilatı Federasiyasının idarə heyətinə üzv seçilib.

Dos. Dr. Aynur Qəzənfərqızı federasiyada Halkla İlişkiler Kurulundan Sorumlu Genel Başkan Yardımcısı və Azərbaycandan Sorumlu Genel Başkan Yardımcısı vəzifələrini icra edəcək. Bu məsuliyyətli vəzifə çərçivəsində o, türk dünyası ölkələri arasında əlaqələrin gücləndirilməsi, əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərəcək.

Türk Birlikləri Təşkilatı Federasiyası müxtəlif sahələri əhatə edən mütəxəssislərin bir araya gəldiyi beynəlxalq qurumdur. Federasiyanın məqsədi türk xalqları arasında elmi, iqtisadi, hüquqi və ictimai əməkdaşlığın inkişaf etdirilməsi, ortaq dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsidir.

Bu təyinat dosent Aynur Qəzənfərqızının türk dünyasında elmi və ictimai fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Ona yeni fəaliyyətində uğurlar arzulayırıq.

Nigar Ələsgərli

(Xəzər universiteti,Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası,1-ci kurs)

Similar Posts