Xəzər MAFİ-nin Kıbrısdan qonağı var
Xəzər MAFİ-nin (Mədəni Antropologiya və Folklor İnstitutu) koordinatoru dosent Aynur Qəzənfərqızı Kıbrıs Azərbaycan Diaspora Mərkəzinin qurucu sədri, şair Raul Məsum ilə görüşüb.
Görüş zamanı Kıbrıs Azərbaycan Diaspora Mərkəzi ilə Xəzər MAFİ arasında mümkün əməkdaşlıq istiqamətləri və birgə layihələr müzakirə olunub. Tərəflər Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması və türk xalqları arasında elmi-mədəni körpülərin qurulması məqsədilə birgə fəaliyyətin önəmini vurğulayıblar.
Xəzər MAFİ-nin yeni layihəsi Türk dünyasında həm elmi əməkdaşlığın, həm də mədəni birliyin daha da möhkəmləndirilməsinə xidmət edir.
Nigar Ələsgərli
(Xəzər universiteti, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası, 1-ci kurs)



