Folklorun psixologiyadakı rolu Aynur Qəzənfərqızının təqdimatında
2025-ci il 19 may tarixində Xəzər Universitetinin Psixologiya Departamenti və Psixologiya Klubu tərəfindən “Folklorun insan psixikasına təsiri və biblioterapiyanın rolu” mövzusunda seminar keçirilib.Seminarda dosent Aynur Qəzənfərqızı və Mirsadiq Muxtarov çıxış ediblər. Xəzər MAFİ-nin(Mədəni Antropologiya və Folklor İnstitutu) koordinatoru dos. Aynur Qəzənfərqızı folklorun insan psixologiyasına təsiri, onun genetik yaddaşla əlaqəsi və folklorun psixoloji dəyərlərlə necə uzlaşdığını nümunələrlə izah edib. O bildirib ki, folklor insanın təkcə yaddaşında deyil, həm də emosional və mənəvi dünyasında dərin iz buraxır.Psixologiya Departamentinin əməkdaşı Mirsadiq Muxtarov isə biblioterapiya anlayışına toxunaraq, kitabların müalicəvi gücünü, onların insan psixikasında şəfalı təsirini izah edib.Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında suallar və fikir mübadiləsi ilə davam edib. Tədbir həm elmi, həm də praktik baxımdan əhəmiyyətli olub.
Biblioterapiya haqqında məlumat:
Mirsadig Mukhtarov – Biblioterapiya
Nigar Ələsgərli (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası, 1-ci kurs)





