Xəzər MAFİ-nin koordinatoru seminarda çıxış edəcək
2025-ci il mayın 19-da Xəzər Universitetində “Folklorun insan psixikasına təsiri və biblioterapiyanın rolu” mövzusunda elmi seminar keçiriləcək. Seminar Xəzər Universitetinin Psixologiya Departamenti və Khazar Psychology Club-un birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru dosent Aynur Qəzənfərqızı və Psixologiya Departamentinin əməkdaşı Mirsadiq Muxtarov çıxış edəcəklər. Seminar çərçivəsində folklor nümunələrinin insan psixikasına təsiri, onların şəxsiyyətin formalaşmasında və psixoloji dayanıqlığın artırılmasında rolu, həmçinin biblioterapiyanın praktik əhəmiyyəti və istifadəsi müzakirə olunacaq.Seminar saat 13:40-da Xəzər Universiteti Məhsəti Gəncəvi 41 ünvanında, 206 saylı (köhnə) otaqda keçiriləcək.
Nigar Ələsgərli (Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası, 1-ci kurs)
Dilbər Haydarovanın Xəzər Universitetində Elmi Təcrübəsi Nəvayi adına Özbək dili və ədəbiyyatı Daşkənd Dövlət Universitetinin doktorantı Dilbər Haydarova Xəzər Universitetində…
Xəzər MAFİ (Mədəni Antropologiya və Folklor İnstitutu) ) Türk Birlikləri Təşkilatı Federasyonunun (TÜRK-BİRFED) sponsorluğu ilə həyata keçiriləcək “Türk Dünyası Folklorunda…
Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə ““Ortaq Türk Keçmişindən Gələcəyinə Doğru: Ümumtürk Əlaqələrinin Güclənməsində Ortaq Əlifbanın Rolu”…
18.03.2025-ci il tarixində Qusar rayonunda Xəzəe universiteti və Qusar rayonu Cibir kənd məktəbinin birgə təşkilatçılığı ilə “Novruz bayramı” adlı tədbir…
Qazaxıstanın Aktöbə şəhərində Mönke Biyin 350 illiyinə həsr olunmuş “Turanın Öngörücüsü, Yüzilin Bilgəsi Mönke Biy” adlı beynəlxalq elmi-təcrübi konfransın materialları…