Türk Dünyasının Alimi “Yoldızlık” Gənclər Sənət Festivalında iştirak edib
24 aprel 2025‑ci il, Kazanda Türk Dünyasının gənclər sənət festivalı “Yoldızlık”ın 25‑ci yubileyi böyük təntənə ilə keçirildi.
Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun ( Khazar MAFİ) alimi, Prof.İsmet Zaatov bu tədbirdə iştirak etmişdir. O, öz çıxışında “Yoldızlıq”ın gənc sənətkarlarına təşəkkür etmiş, onlar arasında dostluq və yaradıcılllğın əhəmiyyətini vurğulamışdır.Daha sonra İsmet Zaatov festivalın prezidenti, professor Dmitriy Tumanovu İsmail Qaspıralı Akademiyasının Fəxri Fərmanı ilə təltif edərək onun gənclərin inkişafına verdiyi dəyərli töhfələri yüksək qiymətləndirdi. Təntənəli tədbirdən sonra o, “Yeni Asır” Dövlət Televiziyasına müsahibə verərək festivalın gələcək planlarından, daha çox ölkədən iştirakçılar təşviq etmək istəyindən danışdı.