Qusar Səfərindən Qalan İşıqlı Təəssüratlarım

18 mart 2025-ci il tarixində Qusar rayonunun Cibirkəndində keçirilən “Novruz bayramı” tədbiri mənim üçün sadəcəbir iştirakçı kimi yox, həm də bir öyrənci, bir müşahidəçi və ənəsası, bir azərbaycanlı gənc kimi dərin mənalar daşıyanunudulmaz bir gün oldu. Tədbirin ruhu, ab-havası, iştirakçılarınsəmimiyyəti və təqdim olunan çıxışlar qəlbimdə xoş duyğular vəmilli qürur hissi oyatdı.Qusarın təbiəti, sanki baharın özü kimi bizi qarşıladı. Havatəravətli, ətraf isə yaşılın min bir çalarına bürünmüşdü. Tədbirinkeçirildiyi Cibir kənd məktəbinin həyətində artıq bayram ab-havası hiss olunurdu. İlk olaraq Xəzər Universiteti və Cibir kəndməktəbinin təşkilatçılığı ilə keçirilən bu tədbirin nə qədərsəmimi və ruhlandırıcı olduğunu qeyd etməliyəm. Koordinatorumuz Aynur Qəzənfərqızının çıxışındakı isti sözlər, birlik və mədəni irsimizin qorunmasının önəmi ilə bağlı fikirləriməni dərin düşüncələrə qərq etdi. Hiss etdim ki, biz bu tədbirdətəkcə əylənmək və qeyd etmək üçün deyil, eyni zamandadəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məsuliyyətiilə iştirak edirik.Cibir məktəbinin müəllimi Nəcibə Zeynalovanın səmimiçıxışı və tədbirin ərsəyə gəlməsindəki əməyi, onun bu işə olansevgisini və peşəsinə bağlılığını bir daha göstərdi. Universitetinmüəllim və rəhbərlərinin – Elmira Kekeç və AygünVerdiyevanın çıxışlarında da bu birlik və həmrəylik ruhu aydınsezilirdi. Dilbər Haydarovanın Özbəkistandan gələrək bayramdaiştirak etməsi və çıxışı isə tədbirin beynəlxalq çalar aldığınıgöstərdi. Bu, mənim üçün xüsusilə qürurverici oldu – Novruzunsərhədləri aşan bir dəyər olduğunu canlı şəkildə gördüm. Tədbirin ən yaddaqalan anlarından biri isə məktəbşagirdlərinin hazırladığı səhnəciklər, rəqslər və aşıq RaminQarayevin ifaları oldu. Bu çıxışlar yalnız gözəl tamaşa deyildi – hər birində minilliklərin izlərini, xalqımızın ruhunu hiss etdim. Rəqs qrupumuzun çıxışı isə sanki Novruzun öz ritmini bizəyaşatdı. Musiqi, hərəkət və geyimlərin ahəngi insanı başqa biraləmə aparırdı.Aynur Qəzənfərqızının tədbirin sonunda təqdim etdiyitəşəkkürnamələr isə sadəcə kağız parçası deyildi – onlar hər birzəhmətin, hər bir səmimi niyyətin dəyərini simvolizə edirdi. Tədbirin yekununda səslənən musiqilər və paylaşılan xoş arzularisə sanki bütün könüllərdə eyni dərəcədə isti bir duyğu yaratdı – birliyə, dostluğa və milli kimliyə olan sevgi. Bu tədbirdən sonra özümə verdiyim suallardan biri buoldu: “Biz bu gözəl dəyərləri necə daha da çox insana çatdırabilərik?” Mən inanıram ki, bu cür tədbirlər vasitəsilə həmözümüz öyrənir, həm də başqalarına öyrədirik. Bu, sadəcə birbayram yox, eyni zamanda bir dərs idi – dəyərlər dərsi, birlikdərsi, sevgi dərsi. Qusar səfəri mənim yaddaşımda təkcə Novruz şənliyi kimiyox, həm də ruhumu isidən, milli kimliyimlə daha dərin bağlarqurmağıma səbəb olan bir təcrübə kimi qalacaq. Bu gözəltəşəbbüs üçün bütün təşkilatçılara və iştirakçılara sonsuztəşəkkürümü bildirirəm. Sonda isə bir arzumu bölüşməkistəyirəm: kaş ki, bu cür tədbirlər daha çox olsun, daha çoxkönüllərə yol tapsın!

İnci Məmmədova

Filogiya (ingilis dili və ədəbiyyatı),2-ci kurs,Khazar MAFİ könüllüsü.

 

Similar Posts