Xəzər Universiteti və Qusar Rayonunun Cibir Kənd Məktəbinin Birgə Təşkilatçılığı ilə “Novruz Bayramı”na Həsr Olunmuş Tədbir

18.03.2025-ci il tarixində Qusar rayonunda  Xəzəe universiteti və Qusar rayonu Cibir kənd məktəbinin birgə təşkilatçılığı ilə “Novruz bayramı” adlı tədbir keçirildi. Tədbirdə ilk olaraq söz Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru dosent Aynur Qəzənfərqızı və Cibir kənd məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəcibə Zeynalovaya verildi.Aynur xanım tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, belə ənənəvi bayramların birliyimizi və mədəni dəyərlərimizi yaşatmaq baxımından önəmli olduğunu vurğuladı. O, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək, onlara uğurlar arzuladı.Nəcibə xanım da öz növbəsində hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi və tədbirin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirdi. O, şagird və tələbələrin bu bayramı birgə qeyd etməsinin sevindirici olduğunu qeyd edərək, onların çıxışlarının tədbirə xüsusi rəng qatdığını vurğuladı. Xəzər universitetinin İctimai Əlaqələr və Media Şöbəsinin  Direktoru  Əlövsət Əmirbəyli  Novruz bayramının Azərbaycan mədəniyyətində xüsusi yer  tutduğunu vurğuladı. O, bu bayramın insanları bir araya gətirən və dostluğu gücləndirən mühüm bir dəyər olduğunu qeyd etdi. Həmçinin,  bütün Xəzər Universiteti adından təşkilatçılara öz təşəkkürünü bildirdi. Eyni zamanda tədbirdə Qusar Təhsil sektorunun əməkdaşı İldırım Zeynalov da iştirak etmişdir. O, öz çıxışında Novruz bayramının xalqımızın mədəni irsindəki əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin gənc nəsildə milli-mənəvi dəyərlərə hörmət  hissini gücləndirdiyini qeyd etdi. Həmçinin, tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, iştirakçılara xoş bayram arzularını çatdırdı. Tədbirdə Özbəkistandan gəlmiş,xüsusi qonağımız olan Dilbər Haydarova da iştirak etmişdir.Dilbər xanım öz çıxışında hər kəsin Novruz bayramını təbrik etmiş,hər kəsə öz təşəkkürləri bildirmişdir.Universitetimizin müəllimi Elmira Kekeç və Xəzər universiteti Humanitar və Sosial Elmlər fakültəsinin dekanı Aygün Verdiyeva da tədbirdə çıxış ediblər.Aygün xanım və Elmira xanım öz çıxışlarında Xəzər universitetinin məzunu olan Nəcibə Zeynalovaya bu gözəl tədbir üçün öz təşəkkürlərini bildirib, hər kəsin Novruz bayramını təbrik etmişdir. Tədbirdə Cibir kənd məktəbinin şagirdləri Novruz bayramına həsr olunmuş səhnəciklər nümayiş etdirib, maraqlı rəqsləri ilə şənliyə xüsusi rəng qatdılar.  Xəzər universitetinin müəllimi aşıq Ramin Qarayevdə tədbirdə iştirak etmiş,öz ifaları ilə hərkəsə gözəl anlar yaşatmışdır. Xəzər Universitetinin rəqs qrupu da öz möhtəşəm çıxışı ilə tədbirə əlavə gözəllik bəxş etdi.Tədbirin sonuna yaxın Aynur Qəzənfərqızı bayram şənliyinin təşkilində fəal iştirak edən Cibir kənd məktəbinin şagirdlərinə təşəkkürnamələr təqdim edərək, onların zəhmətini yüksək qiymətləndirdi.Tədbirin sonunda isə iştirakçılar  Novruzun rəmzi olan birlik və həmrəylik ruhunu paylaşdılar. Bayram şənliyi milli musiqilər və xoş arzularla yekunlaşdı.

 

Ələsgərli Nigar

Azərbaycan dili və ədəbiyyat müəllimliyi,1-ci kurs

 

 

Similar Posts