Khazar MAFİ-nin koordinatoru AzTvdə çərşənbə haqqında çıxış edəcək

Khazar Mədəni Antropologiya ve Folklor institutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı AzTV-nin “Sən gözəlsən” verilişinin qonağı olacaq. Verilişdə Novruz bayramının əsas simvollarından biri olan çərşənbələr müzakirə ediləcək. Aynur Qəzənfərqızı çərşənbələrin mənası və ənənələri haqqında geniş məlumat verəcək. O, həmçinin bu günümüzdə çərşənbələrin necə qeyd edildiyindən danışacaq. Söhbət zamanı xalqımızın Novruzla bağlı unudulmaqda olan adət-ənənələri də xatırlanacaq. Veriliş izləyicilərə Novruz bayramının dəyərlərini daha dərindən anlamağa kömək edəcək. “Sən gözəlsən” proqramında çərşənbə axşamı saat 15:00 AzTV efirində yayımlanacaq.

Khazar MAFİ’ nin könüllüsü-Məmmədova İnci
Filologiya( ingilis dili və ədəbiyyati) fakultəsinin tələbəsi

Similar Posts