Tələbələrə elmi məqalə özətlərinin yazılması haqqında kurs keçirildi
Khazar MAFİ-nin üzvü dosent Elmira Məmmədova-Kekeç “TƏLƏBƏLƏRƏ ELMİ MƏQALƏLƏRİN YAZILMA QAYDALARININ AŞILANMASI” kursunun üzvlərinə elmi məqalə özətlərinin yazılması haqqında təlim keçdi. Təlimdə özətlərin önəmi, yazılma qaydaları, əhatə dairəsi, açar sözlər haqqında geniş məlumat verildi. Təlimin sonunda tələbələr Elmira Məmmədova-Kekeçə öz suallarını yönəltdilər. Xatırladaq ki, daha əvvəl elmi məqalələrin yazılma qaydaları haqqında təlim keçirilmişdi.