Khazar MAFİ-nin alimiTürk Dillərinin Terinoloji Lüğəti kitabının reaksiya heyətindədir

Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun üzvü, dos.Fəridə Tahirova Türk Akademiyasının «Türk Dillərinin Terminoloji Lüğətləri» adlı layihəsi çərçivəsində hazırlanmış «Türk Dillerinin Dilbilimi Terimleri Sözlüğü» kitabının redaksiya heyətində yer almışdır. Lüğətin Tatarca hissəsinin hazırlanması institutumuzun alimi dos.Fəridə Tahirovaya həvalə edilib. Qeyd edək ki, lüğətdə 9 Türk dilinden 10.000-dən çox termin təqdim edilir. Lüğətdə Azərbaycan, Başqırd, Qazax, Qaraqalpaq, Qırğız, Özbək, Tatar, Türkmən və Türkiyə Türkçələrində sözlərin Rusca və İngilisə ekvavalentləri göstərilmişdir.

Similar Posts