Khazar MAFİ-nin təşkilatçılığı ilə qumuq folklor mətnlərinin toplanması və yayımlanması haqqında layihə

Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutu Qumuq folklor mətnlərinin kitab şəklində yayımlayacaq. Bununla bağlı, Dağıstanda yaşayan, qumuq alimi dos.Ruhaniyyat Musayeva ilə birgə fəaliyyət haqqında razılığıa gəlinib. Qeyd edək ki, qumuq foklloru çox sürətlə assimiləyə məruz qaldığı üçün, yaxın gələcəkdə yox olma təhlükəsi var. Ona görə də azsaylı türklərin və həmçinin qumuqların folklor mətnlərinin toplanması və yayınlanması vacibdir.

Layihə qumuq alimi dos.Ruhaniyyat Musayeva və Xəzər MAFİ tərəfindən gerçəkləşdirilir.
Layihənin birinci mərhələsində qumuq folklor mətnlərinin toplanması və arxivləşdirilməsi, həmçinin arxivləşdirilmiş mətnlərin yelektron versiyasının əldə edulməsidir.
İkinci mərhələdə qumuq mətnlərinin tərcümə edilməsi nəzərdə tutulur. Bu məsələdə Xəzər MAFİ-nin folklorşünas alimləri ilə birlikdə çalışılacaq.
Üçüncü mərhələdə kitabın təqdimat mərasimi keçiriləcək və bütün Türk xalqları tərəfindən asanlıqla əldə edilməsi təmin ediləcəkdir.

Layihənin 2025-ci il sentyabr ayında bitməsi nəzərdə tutulub.

Similar Posts