Hindistanlı alim Xəzərin tələbələri ilə görüşəcək
18 dekabr saat 14:30-da Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə “Hindistan tarixindəki Türk dövlətləri” adlı beynəlxalq elmi seminar keçirilməsi planlaşdırılır. Məruzəçi Hindistanın Jamia Millia Islamia Devlet Üniversitetinin müəllimi, dos.Nouşad Mihaxheri olacaq. Seminarda həmçinin universitetin Tarix departmentinin müəllimləri də iştirak edəcək.