Khazar MAFİ-nin koordinatoru Özbəkistanda keçirilmiş beynəlxalq elmi simpoziumda iştriak edib

2024-cü il oktyabrın 22-23-də Özbəkistanın Nəvai şəhərində Nəvai İnnovasiyalar Universitetinin təşkilatçılığı ilə “Rəqəmsallaşma dövründə məktəbəqədər təlimin qlobal gələcəyi: təlim, tərbiyə problemləri və həll yolları” adlı Beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumda Azərbaycan, Almaniya, Türkiyə və Rusiyadan alim və mütəxəssislər iştirak etmişlər.

Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti, universitetin Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı da həmin toplantıda “Məktəbəqədər təlimdə kreativlik və şəxsiyyət olma xüsusiyyətlərinin yaradılmasında folklor janrlarının rolu” adlı məruzə ilə çıxış etmiş və sertifikat almışdır.

Qeyd edək ki, Nəvai İnnovasiyalar Universiteti Xəzər Universiteti ilə yaxından tanışdır. Belə ki, hər iki universitet qarşılıqlı memorandum imzalamışlar.

Similar Posts