“Ortaq Türk keçmişindən gələcəyinə doğru: Ümumtürk əlaqələrinin möhkəmlənməsində ortaq əlifbanın rolu” adlı beynəlxalq simpozium
Ortaq əlifba və imla problemləri türk xalqları arasında hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq ortaq imla və əlifba problemləri bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olmuşdur. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda müzakirəyə çıxarılaraq haqqında müvafiq qərarlara imza atılan əsas problemlərdən birinin də ortaq əlifba məsələsinin olması təsadüfi deyildir. Belə ki, Qurultayının ən başlıca vəzifə və məramlarından biri ərəb əlifbasından latın əlifbasına keçmək olmuşdur. Bu ideyanı 1929-cu il yanvarın 1-dən etibarən latın əlifbasına tam keçməklə türk dünyasında ilk dəfə gerçəkləşdirən də Azərbaycan olmuşdur.
Türk xalqları üçün ortaq ünsiyyət dili və ortaq imlanı, ortaq terminologiyanı yaratmağın yolu ortaq əlifbanın qəbul edilməsindən keçir. Sentyabrın 9-dan 11-dək Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) təşəbbüsü ilə yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında 34 hərfdən ibarət ortaq türk əlifbası təklifi ilə bağlı razılıq əldə edilməsinin böyük tarixi əhəmiyyəti vardır. Bu hadisə dünya türkləri üçün olduqca önəmli siyasi-ictimai, elmi-mədəni, ədəbi-tarixi əhəmiyyət kəsb edir.
Bilindiyi kimi, UNESCO Türkiyə Milli Komissiyası 2021-ci ildə 15 dekabrı Türk dili günü elan etmişdir. Ortaq əlifbanın aktuallıq kəsb etdiyi bir zamanda hər zaman elmi, dünyəvi yeniliklərə, müxtəlif sahələrin inkişafı istiqamətində atılmış addımlara həssas yanaşaraq ən tez reaksiya verən təhsil ocağı kimi Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutu 13 dekabr 2024-cü il tarixində “Ortaq Türk keçmişindən gələcəyinə doğru: Ümumtürk əlaqələrinin möhkəmlənməsində ortaq əlifbanın rolu” adlı beynəlxalq simpozium keçirəcək.
MƏQALƏLƏRİN SON GÖNDƏRİLMƏ TARİXİ:
17 Oktyabr: özətlərin son göndərilmə tarixi
30 Oktyabr: Qəbul edilmiş özətlərin elanı
30 Noyabr: Məruzələrin son yazılma tarixi.
ÖZƏTLƏRİN YAZI QAYDASI:
* Məqalə başlığı yazılır və müəllif göstəricisindən altda Azərbaycan türkçəsində 250 sözü keçməyən özət verilməlidir. Özət sözü mətnin sol tərəfində qara şriftlə verilməli və iki nöqtə qoyulmalıdır. Özətin sonunda 3-8 sözdən ibarət açar sözlər verilməlidir (İngiliscə və rusca özətlər bildirinin sonunda, qaynaqlardan sonra verilməlidir).
*Məqalənin mətni özətdən sonra giriş, əsas mətn (ara başlıqlara bölünə bilər), nəticə və qaynaqların göstərilməsi formasında hazılanmalıdır.
*Məqalə göndərmək istəyənlər kumafi@outlook.com email adresinə göndərə bilərlər.
MƏRUZƏLƏRİN YAZILMA QAYDALARI:
Məqalənin yazılma qaydası APA 2 stilinə uyğun hazırlanıb. Örnəkləri aşağıdakı kimidir:
Məqalələr MS Word 2007 yaxud daha üstün modelində yazılmalıdır.
1. Məqalənin adı mətni əhatə etməli və ən çox 8 sözdən ibarət olmalıdır. Başlıq 14 şrift ilə, 1,5 intervalla, Bold, CapsLock ilə Ortadan yazılmalıdır. Məsələn, “TÜRKLƏRDƏ ÖLÜM MƏLƏYİ”
2. – Müəllifin (müəlliflərin) adı başlığın altında ilk hərfləri böyük, soyadı bütün hərflər böyük (tam açıq şəkildə), 14 şriftlə; yeni sətirdə; Məsələn, Aynur QƏZƏNFƏRQIZI
3. – Müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi müəssisənin adı, elektron ünvanı 12 şriftlə, yeni sətirdə kursivdə yazılmalıdır.
Özət
Özət sözü, 12 şrift ilə, 1,15 intervalla, Bold, Kursivlə, ortadan yazılmalıdır. Özətdə tədqiqat işinin qısa icmalı, işin aktuallığı, məqsədi, elmi yeniliyi, praktiki əhəmiyyəti, üstünlükləri və həmçinin nəticəsi əks olunmalıdır. Xülasənin həcmi 200-250 söz aralığında olmalıdır. Qısaltmalardan, istinad və haşiyələrdən istifadə edilməməlidir.
Açar sözlər: Özətdə açar sözlərin sayı 3-5 aralığında olmalıdır.
4. Məqalələr türkcələrdə yaxud ingilis dilində elektron formada təqdim olunmalıdır;
5. Microsoft Word (A4) formatında, Times New Roman şrifti ilə hərflərin ölçüsü – 12; sətirlərarası interval – 1,15; səhifənin kənar məsafələri: 2,5 sm.
6.Məqalələrin həcmi 3-5 səhifə aralığında olmalıdır.
MƏTNİN İÇİNDƏ İSTİNADLARIN VERİLMƏSİ QAYDALARI:
– Bir müəllifi olan əsərlər: Müəllifin soyadı, nəşr ili, səhifə nömrəsi. Məsələn, (Qəzənfərqızı, 2018: 76)
– İki müəllifli əsərlər: Hər iki müəllifin soyadı, nəşr ili, səhifə nömrəsi. Məsələn, (İsaxanlı və Qəzənfərqızı, 2020: 45)
– Üç və daha artıq müəllifi olan əsərlər: Birinci müəllifin soyadı, “və b.” ifadəsi, nəşr ili, səhifə nömrəsi. Məsələn, (Əliyev və b., 2015: 72)
– İnternet resursları: Mətn daxilində internet resursları nömrələnərək göstərilməlidir. Məsələn, (URL-1). Ədəbiyyat siyahısında URL resursuna istinad verilməlidir.
ƏDƏBİYYAT SİYAHISININ VERİLMƏSİ QAYDALARI:
– Kitab
QƏZƏNFƏRQIZI, Aynur. (2018). Azərbaycan-qumuq folklor əlaqələri. Bakı: Elm və təhsil. 160 s.
– Məqalə
GAZANFARGİZİ, Aynur. (2020). Tengriçilikte Bizden Yeyler. Folklor/Edebiyat, Sayı 109, s. 67-74
– Tərcümə əsəri
WALTER, J.Ong. (2018). Sözlü ve Yazılı Kültür-Sözün Teknolojileşmesi. (çev. Sema Postacıoğlu Banon). İstanbul: Metis Yayınları
– Ensiklopediya materialı
Akün, Ömer Faruk (1989). “Âlî Mustafa Efendi”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi Ankara: TDV Yayınları, 2/416.
– Simpozium materialı
CƏFƏRLİ, Yeqzar. (2018). “Da Vinçi şifrəsi” romanında postmodern struktur və simvolizm”. Gənc tədqiqatçıların beynəlxalq elmi simpoziumı. Bakı: Mühəndislik Universiteti. 27-28 aprel. s. 1319-1321.
– İnternet resursu
URL-1. Qəzənfərqızı Aynur. (2021). “Od türklərdə müqəddəs sayılıb” https://moderator.az/az/cemiyyet/367382/aynur-qezenferqizi-od-turklerde-muqeddes-sayilib-amma-hec-vaxt-oda-sitayis-edilmeyib/ [Ərişim tarixi: 19.01.2024].
Qeyd:
• İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilməlidir.
• Məqalələr tam mətn olaraq kumafi@outlook.com elektron ünvanına məruzəçinin ad və soyadı başlığı ilə göndərilməlidir.
• Müəllif məqaləsini şəxsən özü göndərməlidir.
• Tələbləri ödəməyən məqalələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyəcək.