Uyğur yazar və Türkiyəli alim Xəzər Universitetinin tələbələri ilə görüşüb

2024-cü il mayın 27-də Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə  “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində “Uyğur Ədəbiyyatında Eko-Poetika” adl tədbir keçirilmişdir. Tədbiri Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru dos. Aynur Qəzənfərqızı giriş sözü ilə açıb,qonaqlar haqqında məlumat vermişdir.Tədbirdə qonaq qismində iştirak edən Dünya Uyğur Yazarlar Dərnəyinin sədri Abduşükür Qumtur Uyğur ədəbiyyatı haqqında geniş məlumat vermişdir. O, öncə Uyğurların tarixindən və ədəbiyyatından qısa məlumat verıb daha sonra ədəbiyyatda eko poetikanın rolundan danışıb.

Daha sonra söz Türkiyə Böyük Millət Məclisinin vəkili, folklorşünas alim Prof. Metin Erguna verilib. O da öz çıxışında uyğurların siyasi tarixinə geniş işıq tutub, uyğurların uğradığı soyqırımından danışıb.

 

Tədbirdə həmçinin Dillər və Ədəbiyyatlar Departamentinin müəllimi fil.ü.f.d. Zəminə Ziyayeva, universitetin Humanitar Təhsil və Sosial Elmlər üzrə dekan əvəzi Aygün Verdiyeva, dekan müavini Pərvin Kərimova və AMEA Folklor İnstitutunun əməkdaşı Aynurə Səfərova, həmçinin İsveçdən gəlmiş uyğur əsilli Münəvvər Qumtur və Hacı Bayram Vəli Universitetinin professoru Pervin Ergun da iştirak etmişdir. Çıxışlardan sonra tələbələr qonaqlara maraqlı suallar ünvanlayıblar. Sonda xatirə şəkli çəkilib.

Similar Posts