Khazar MAFİ-nin açılış mərasimi olub

24 may 2024-cü il tarixində Xəzər Universitetində Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFI) açılış toplantısı və daha sonra qonaqların şərəfinə “Ozan-aşıq” konserti təşkil edilib. Tədbiri dos. Dilbər Zeynalova giriş sözü ilə açıb. Daha sonra söz Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlıya verilib. Hamlet müəllim institutun fəaliyyəti perspektivləri haqqında danışıb. İnstitutun direktoru prof.Ali Duymaz tədbirə online qoşularaq öz təbriklərini çatdırıb. Daha sonra İnstitutun koordinatoru Dos.Aynur Qəzənfərqızı və Bayram Durbilmez öz münasibətlərini bildirib. Tədbir Qazaxstandan akın Marat Sügirbay Özbəkistandan baxşı Ilhomjon Norov, Pakistandan damburacı Şahan, Gürcüstandan gəlmiş aşıq Kamandar Solexey, aşıq Əfqan Şamilov və universitetin müəllimi aşıq Ramin Qarayevin ifasında möhtəşəm konsert ilə davam edib. Sonda prof.Iradə Xəlilova və prof.Hamler Isaxanlının təqdimatında iştirakçılara sertifikat təqdim edilib. Qeyd edək ki, tədbirdə həmçinin institututun fəal üzvlərindən prof.Askar Turganbaev, prof.Ağarahim Sultanmuradov, dos.Ruhaniyyat Musaeva, dos.Firuza Jumaniyazova, Dilbar Haydarova və Əli Şamil də iştirak edirdi.

Similar Posts