Khazar MAFİ tələbələr ilə Türk dünyası alimlərini görüşdürəcək
2024-cü il mayın 27-də Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində “Uyğur Ədəbiyyatında Eko-Poetika” adl tədbir keçiriləcək. Tədbirdə Dünya Uyğur Yazarlar Dərnəyinin sədri Abduşükür Qumtur, Türkiyə Böyük Millət Məclisinin vəkili, folklorşünas alim Prof. Metin Ergun, Hacı Bayram Vəli Universitetinin professoru Pervin Ergun, AMEA Folklor İnstitutunun əməkdaşı Aynurə Səfərova da iştirak edəcəklər. Tədbirə hər kəs dəvətlidir.